"Azərbaycanla münasibətlərimiz hazırda çox dinamik inkişaf edir. Ümid edirik ki, gələcəkdə bu əlaqələr daha da genişlənəcək və dərinləşəcək".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, energetika və iqtisadiyyat sahələrində, eləcə də hərbi əməkdaşlıq, nəqliyyat və logistika istiqamətlərində çox ciddi planlar var.
"Bu gün əsasən iqtisadi məsələlərə toxunduq, çünki komissiyanın əsas fəaliyyət istiqaməti iqtisadi əməkdaşlıqdır. Bununla yanaşı, ticarət, müxtəlif sahələrdə əməkdaşlıq, elm və mədəniyyət məsələlərini, eləcə də tərəfdaşlığımızın digər aspektlərini müzakirə etdik. Çox əhatəli müzakirələr apardıq, Azərbaycan tərəfi ilə bir neçə görüş keçirdik. Əminik ki, münasibətlərimizdə bu müsbət dinamika gələcəkdə də davam edəcək", - o əlavə edib.
Baş nazir qeyd edib ki, Gürcüstanın Azərbaycanla yalnız strateji tərəfdaşlıq deyil, xalqlar arasında da dostluq münasibətləri var: "Bu dostluq mütləq şəkildə gələcəkdə daha da möhkəmlənməli və dərinləşməlidir".