Komitə sədri: Azərbaycan-Gürcüstan əlaqələri Aİ baxımından da vacibdir

Komitə sədri: Azərbaycan-Gürcüstan əlaqələri Aİ baxımından da vacibdir
# 07 dekabr 2023 14:00 (UTC +04:00)

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər dəfələrlə qonşu ölkələr arasında uğurlu əməkdaşlığın sübutu olub.

APA-nın Tbilisi müxbiri “PirveliArxi” telekanalına istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili Prezident İlham Əliyevin ötən gün ADA universitetində keçirilən konfransda Gürcüstanla bağlı fikirlərinə münasibət bildirərkən deyib. O, Azərbaycan-Gürcüstan əlaqələrinin yalnız regional kontekstdə deyil, Avropa İttifaqı ilə əlaqələr baxımından da vacib olduğunu deyib.

“Bu iki ölkənin əməkdaşlığı Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə fiziki kommunikasiyaları anlamına gələn layihələrin həyata keçirilməsi baxımından vacibdir. Bu prosesdə qonşu ölkələr arasında ümumi strategiyaya əsaslanan güclü birlik olmalıdır. Biz bizim üçün belə vacib qonşu olan ölkədən bu cür mesajları alqışlayırıq”, - komitə sədri deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR