Konqo Respublikasının Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Konqo Respublikasının Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
# 03 aprel 2024 17:04 (UTC +04:00)

Azərbaycanda rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.

APA xəbər verir ki, Prezident Deni Sassu-Nqesso Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR