Bank Of Baku

Kreml Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışlayır

Kreml Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışlayır
# 10 iyul 2025 13:43 (UTC +04:00)

Rusiya Ermənistan və Azərbaycan arasında bu gün Əbu Dabidə keçirilən birbaşa dialoqu alqışlayır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması regiona sabitlik gətirməyə kömək edəcək və Moskva bu prosesi dəstəkləyir.

“Dəfələrlə müxtəlif səviyyələrdə demişik ki, sülh müqaviləsinin imzalanmasına sürətli çıxışı alqışlayacağıq. Məhz sülh müqaviləsinin imzalanması regiona proqnozlaşdırıla bilən, sabitlik və sülh gətirəcək çox vacib bir amilə çevriləcək. Bu prosesi tam dəstəkləyirik”, - Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR