Bank Of Baku

Kuba Prezidenti: “Maliyyə institutları bizə qarşı çox sərt mövqedədir”

Kuba Prezidenti: “Maliyyə institutları bizə qarşı çox sərt mövqedədir”
# 25 oktyabr 2019 16:48 (UTC +04:00)

“Biz 1961-ci ildən etibarən dünyada sülh və inkişaf naminə çalışırıq”.

APA-nın xəbərinə görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün debat müzakirələrində Kuba Prezidenti Migel Diaz-Kanel deyib.  

O bildirib ki, Kuba demokratik üsullarla idarə olunur: “Biz ABŞ-ın birtərəfli şəkildə qəbul etdiyi qərarların, Yaxın Şərqdəki qeyri-müəyyənliyin, Koreya Xalq Demokratik Respublikasına qarşı birtərəfli şəkildə tətbiq edilən sanksiyaların əleyhinəyik. Latın Amerikası və Karib dənizi hövzəsindəki ölkələrin hüquqlarını müdafiə etməliyik. Biz Venesuelaya da dəstəyimizi göstəririk. Onlar bütün çətinliklərə baxmayaraq, ayaq üstə durmağı bacarırlar. Biz Boliviyada Evo Moralesin yenidən prezident seçilməsini dəstəkləyirik”.

Kuba Prezidenti qeyd edib ki, maliyyə institutları onlara qarşı çox sərt mövqedədir: “İmperialist siyasətin nəticəsi olaraq bizim ölkələri laboratoriyalara çeviriblər. Bütün qaydaları pozaraq bizi hər bir platformadan təcrid ediblər. Çünki biz onların imperialist dəstəyinə boyun əymirik. Heç zaman bugünkü qədər bir-birimizə ehtiyacımız olmayıb. Biz təcavüz və təzyiqlə üz-üzəyik. Bizim ticarət əlaqələrimizi pozmağa çalışırlar. Onlar bizim maliyyə qurumlarında saxladığımız vəsaitləri müsadirə edirlər. Lakin biz güclüyük və bundan sonra da əyilməz iradə göstərməyə davam edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR