Bank Of Baku

Küveyt Əmirinin vəfatı ilə əlaqədar Bakıda başsağlığı kitabı açılacaq

Küveyt Əmirinin vəfatı ilə əlaqədar Bakıda başsağlığı kitabı açılacaq
# 16 dekabr 2023 23:22 (UTC +04:00)

Küveyt Əmirinin vəfatı ilə əlaqədar Bakıda başsağlığı kitabı açılacaq.

Bu barədə APA-ya səfirlikdən bildirilib.

"Küveytin Azərbaycan Respublikasındakı səfirliyi dərin kədər hissi ilə bildirmək istəyir ki, Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 16 dekabr 2023-cü il tarixində dünyasını dəyişib.

Bununla əlaqədar olaraq 18 - 20 dekabr 2023-cü il tarixləri arasında, saat 11:00-16:00-dək Küveytin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin rəsmi iqamətgahında başsağlığı kitabı açılacaq", - deyə səfirliyin məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR