Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşəcək.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, görüş fevralın 15-də keçiriləcək.
“Görüşdə ATƏT məkanındakı münaqişələr, Ukraynanın cənub-şərqindəki böhran, Dnestryanı münaqişənin nizamlanması müzakirə olunacaq”, - Rusiya XİN rəsmisi vurğulayıb.
Zaxarova Lavrovun ATƏT-in fəaliyyətdə olan sədri ilə Qarabağdakı vəziyyəti də müzakirə edəcəyini söyləyib.