Bank Of Baku

Lavrovun müavini Polad Bülbüloğlu ilə üçtərəfli bəyanatların icrasını müzakirə edib

Lavrovun müavini Polad Bülbüloğlu ilə üçtərəfli bəyanatların icrasını müzakirə edib
# 15 aprel 2022 15:14 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələləri, ilk növbədə, bu il fevralın 22-də Rusiya və Azərbaycan arasında Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində müzakirə edilib.

Görüşdə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların praktiki icrası ilə bağlı regional məsələlərin bir sıra aspektlərinə də toxunulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR