Macarıstan Azərbaycanla strateji xarakter daşıyan münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır.
APA xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı bildirib.
O, bu xüsusda mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib.
İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunluq ifadə olunub.
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna istinad edən nazir Peter Siyarto, bu xüsusda həyata keçirilən birgə layihələrin əməkdaşlığa töhfəsini vurğulayıb.