Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana gəlib.
APA-nın xəbərinə görə, nazir bu barədə "Facebook" səhifəsində paylaşım edib.
O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla şam yeməyi yeyəcək. Peter Siyarto bildirib ki, o sabah biznes forumda, İqtisadi Komitənin iclasında iştirak edəcək.
***
16.55
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfər edəcək.
APA-nın xəbərinə görə, Macarıstan nümayəndə heyətinin ölkəyə səfəri çərçivəsində sabah Azərbaycan və Macarıstan Hökumətlərarası Komissiyanın iclası olacaq, ikitərəfli sənədlər imzalanacaq.
İclasdan sonra Komissiyanın həmsədrləri – əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun brifinqi, Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək.