Bank Of Baku

MDB PA missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

MDB PA missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
# 19 dekabr 2023 12:05 (UTC +04:00)

MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.

MDB Parlamentlərarası Assambleyasından APA-ya verilən xəbərə görə, bununla bağlı Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovadan MDB Parlamentlərarası Assambleya Şurasının sədri, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matvienkoya məktub daxil olub.

Məktubda MDB Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidəçilərə Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin monitorinqində iştirak etmək üçün dəvət yer alıb.

“Əminəm ki, MDB PA-dan bir qrup müşahidəçinin iştirakı Azərbaycan ilə MDB PA arasında hərtərəfli əlaqələrin daha da inkişafına və dərinləşməsinə töhfə verəcək”, - Azərbaycan parlamenti sədrinin məktubunda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR