Miller: ABŞ Ermənistan və Azərbaycanın 34 saxlanılanı azad etməsini alqışlayır

Miller: ABŞ Ermənistan və Azərbaycanın 34 saxlanılanı azad etməsini alqışlayır
# 08 dekabr 2023 04:58 (UTC +04:00)

ABŞ Ermənistan və Azərbaycanın 34 saxlanılanı azad etməsini alqışlayır.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller "X" hesabında bildirilib.

Onun sözlərinə görə, bu tərəflərin sülh sazişini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üçün çalışdığı bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir.

"Biz Ermənistan-Azərbaycan sülh danışıqlarını dəstəkləməyə sadiq qalırıq", - deyə Miller bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR