Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.