Milli Məclis sədri Berlində səfərdədir

Milli Məclis sədri Berlində səfərdədir
# 30 noyabr 2023 19:28 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Almaniya Federativ Respublikasında rəsmi səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər çərcivəsində Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Berlində yerləşən "Gallery Berlin"də təşkil olunan "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi" adlı fotosərgi ilə tanış olub.

Sonra Azərbaycan parlament nümayəndə heyətinin üzvləri - Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, deputatlar Elnur Allahverdiyev, Soltan Məmmədov, Elşən Musayev, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər sərgi ilə tanış olublar.

Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində olub. Azərbaycan parlamentinin spikeri burada Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Johann David Vadephul ilə görüşdə isə regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi bərpa və quruculuq işləri, ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsləri haqqında məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR