Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələrə şöbəsindən APA-ya verilən xəbərə görə, Sahibə Qafarofa görüşdə bildirib ki, regiondakı reallıqları təhrif edən tamamilə qeyri-adekvat və qəbuledilməz bəyanatlar sülh sazişinin imzalanması ilə bağlı səylərə xələl gətirir.
Azərbaycan parlamentinin spikeri sülh sazişinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində aparılan vasitəçiliyin ədalətli olmasının zərurətini vurğulayıb. Görüşdə Milli Məclisin sədri beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartları tənqid edərək deyib ki, bəzi dövlətlərə münasibətdə qəbul olunan qərarlar dərhal icra olunduğu halda, bəzən isə beynəlxalq hüquqa məhəl qoyulmadığının şahidi oluruq. O, xatırladıb ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalından əziyyət çəkib. Başda BMT Təhlükəsizlik Şurası olmaqla, demək olar ki, bütün beynəlxalq təşkilatlar işğal faktının aradan qaldırılması ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etsələr də, otuz ilə yaxın bir dövrdə bu sənədlər kağız üzərində qalıb. Üç il əvvəl isə Azərbaycan öz gücü hesabına bu qərarların icrasını təmin edərək, torpaqlarını işğaldan azad edib.
Milli Məclisin sədri Azərbaycanın hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirdiyini qeyd edərək vurğulayıb ki, ölkəmiz sülhpərvər siyasət həyata keçirir. Azərbaycan regionda daimi sülhün təmin olunmasını istəyir. Ona görə də, işğala məruz qalmış ölkə olmasına baxmayaraq, məhz Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərini təqdim edib.
Milli Məclis sədri Çexiya XİN başçısına qəbuledilməz bəyanatların sülh səylərinə xələl gətirdiyini bildirib
Xarici siyasət
Səfir: Ukraynanın cəbhə xəttindəki bölgələrdən bir qrup uşaq Azərbaycana gətirilib
Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər
Zelenski: Rusiyanın Ukraynaya hücumunda Azərbaycan vətəndaşı ölüb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Xəbər Lenti
Dünya Bankı Orta Dəhliz üzrə vahid logistika operatorunun yaradılmasını təklif edir
Məhkəmə döymə əməlində “mütəmadilik” anlayışına aydınlıq gətirib
Bakı–Ələt–Böyük Kəsik dəmir yolunun modernləşdirilməsi üçün 260 mln. dollarlıq layihə nəzərdə tutulur
Gədəbəy rayonuna yeni icra başçısı təyin edilib
Dünya Bankı: Trans-Xəzər Dəhlizi iqtisadi dəhlizə çevrilə bilər, yük axını 3,6 dəfə artacaq
Naftalan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin olunub
Qaradağ rayonuna icra başçısı təyin edilib
Şuşada avtomobil tank əleyhinə minaya düşüb, xəsarət alan var
“28 May” NMM-də və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb
Ukraynadan daha 30 uşaq Azərbaycana gətirilib - FOTO
İran XİN rəhbəri Nyu-Yorkda qətərli vasitəçilərlə görüşəcək - YENİLƏNİB
Səfir: Ukraynanın cəbhə xəttindəki bölgələrdən bir qrup uşaq Azərbaycana gətirilib
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
“Orient express – Vyanadan Bakıya” adlı konsert proqramı təqdim olunub
Azərbaycan AİİB ilə infrastruktur layihələrində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Dünya Bankı Orta Dəhlizin inkişafı üçün Azərbaycana tələb olunan investisiyanın həcmini açıqlayıb
Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub
Rusiya ordusu Kiyevdə Elmlər Akademiyasının binasını dronla vurub, 2 akademik ölüb - VİDEO
Bu il Azərbaycanda banklar kredit faizlərindən 3 mlrd. manata yaxın gəlir əldə edib
Goranboyda avtomobil yeniyetməni vuraraq öldürüb
Alban-Udi dini icmasının nümayəndələri Xudavəng monastır kompleksini ziyarət ediblər - FOTO - YENİLƏNİB
AZAL-ın Naxçıvan reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki dövlət şirkətlərinin siyahısı dəyişdirilib
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur
NATO qoşunları sərhəddə, Rusiya qırıcıları Kalininqrad səmasında: Rusiya-Polşa sərhədindən XÜSUSİ REPORTAJ
Emi Karlon Bakıda fəaliyyət göstərən aparıcı media qurumlarının nümayəndələri ilə qeyri-rəsmi görüş keçirib
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycan AİİB-in 11-ci İllik Toplantısının açılış mərasimində iştirak edib
"Dərinsulu Günəşli"də çoxquyulu sualtı müdaxilə proqramı başa çatdırılıb
Aİ müdafiə nazirləri Ukraynaya “Patriot”ların verilməsi barədə razılığa gələ bilməyib
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
KİV: Ermənistanda benzin rekord həddə bahalaşıb
Böyük Britaniyada dizelin qiyməti tarixi maksimuma çatıb
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsində ittiham aktı elan olunub
AzInTelecom “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib
Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Bakıda qadın qətlə yetirilib, əri saxlanılıb
“Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesi başa çatıb
Ağsuda dağlıq ərazidə yanğın olub - VİDEO
Rusiya ordusu Dneprdə biznes mərkəzinə zərbə endirib, 3 nəfər ölüb
Azərbaycanda sığorta şirkətinin rəhbəri vəzifəsindən ayrılıb
30 mindən çox şəhid ailəsi üzvü və müharibə iştirakçısının məşğulluğuna dəstək göstərilib
Aİ Şurası Tatarıstan rəisinə qarşı sanksiyalar tətbiq edib
İspaniyanın müvəqqəti işlər vəkili İsrail XİN-ə çağırılıb
Azərbaycanla Türkiyə arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin 6-cı iclası keçirilib