Bank Of Baku

Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 07 oktyabr 2021 17:37 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinqdə bildirib.

“Oktyabrın 11-də Belqrada işgüzar səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçiriləcək yüksək səviyyəli yubiley toplantısında iştirak edəcək”, - o qeyd edib.

XİN rəsmisi vurğulayıb ki, oktyabrın 14-də Rusiya XİN rəhbəri Minskdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

M. Zaxarovanın sözlərinə görə, S. Lavrov dekabrın 12-də isə Qazaxıstanın paytaxtı Nur-Sultana səfər edəcək. Rusiya XİN rəhbəri burada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR