General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub.
APA-nın məlumatına görə, o, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib.
Bu gün yeni komandan Ermənistana səfər edib.
M. Kosobokov Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.
Qeyd edək ki, M. Kosobokov buna qədər Cənub Hərbi Dairəsinin 58-ci Ümumqoşun Ordusunun komandan müavini postunu tutub.
General bir vaxtlar Rusiyanın Abxaziyadakı hərbi bazasının komandanı olub.