Bank Of Baku

MN: Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub - VİDEO - YENİLƏNİB

MN: Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub - VİDEO  -  YENİLƏNİB
# 13 avqust 2021 22:45 (UTC +04:00)

Mətnə video əlavə olunub.

 

***

21:43

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 16:25-dən 20:30-dək fasilələrlə Basarkeçər rayonunun Aşağı Zağalı,  Zərkənd və Çəmbərək rayonunun Göysu yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu, Yuxarı Ayrım və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

APA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR