Bank Of Baku

Moskvada Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Moskvada Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
# 24 oktyabr 2019 23:23 (UTC +04:00)

Rusiya Dövlət Humanitar Universitetində (RDHU) Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq: tarixi-mənəvi ənənələr və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata gorə, tədbirdə Rusiya Dövlət Duması MDB İşləri Komitəsinin sədri Leonid Kalaşnikov və RDHU-nun prezidenti Yefim Pivovarın təbrik məktubları oxunub. Universitetin  prorektoru İrakli Bolkvadze tədbiri açaraq bildirib ki, Azərbaycan ilə əməkdaşlıq universitetin prioritet istiqamətlərindən biridir. 
RDHU-da xeyli sayda azərbaycanlı tələbə- həm Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, həm də müxtəlif proqramlar çərçivəsində Moskvaya gəlmiş gənclər təhsil alır. Postsovet ölkələri və regional tədqiqatlar kafedrasında artıq 10 ildən çoxdur ki, Azərbaycan dili tədris olunur, Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatına dair kurslar keçilir. Səfir Polad Bülbüloğlu universitetin daimi fəxri qonağıdır.

Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov, Beynəlxalq Avrasiya İnkişaf Assosiasiyasının sədri Elçin Əsgərov, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti İsmayıl Ağakişiyev və başqaları xatırladıblar ki, bu il Azərbaycanda Nəsimi İli elan olunub. Dahi Azərbaycan şairinə həsr olunmuş konfransın Moskvada keçirilməsini rəmzi hadisə adlandıran natiqlər Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin tarixindən danışaraq, qeyd ediblər ki, Azərbaycanın bir çox elmi, mədəni, təhsil ənənələri Rusiya ilə bağlıdır.

Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının rolunu qeyd edərək bildirib ki, prezidentlər Vladimir Putin və İlham Əliyev arasında gözəl şəxsi münasibətlər mövcuddur. “Onlar hər ikisi çox yaxşı humanitar təhsil alıblar – İlham Əliyev MDBMİ-ni, Vladimir Putin isə Leninqrad Universitetinin hüquq fakültəsini bitirib, müasir beynəlxalq siyasəti yaxşı anlayırlar”, - deyə S.Markov bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR