Bank Of Baku

NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir

Xavyer Kolomina

© APA | Xavyer Kolomina

# 07 fevral 2022 16:46 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, Xavyer Kolomina "Twitter"də qeyd edib ki, NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

“Doğrudan da yaxşı xəbərdir. NATO həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir. NATO Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdardır. Bu, regionda sabitliyin və rifahın artmasına töhfə verəcək”, - NATO Baş katibinin xüsusi nümayəndəsi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR