Bank Of Baku

NATO Baş katibinin Cənubi Qafqaza səfərində müzakirə olunan mövzular açıqlanıb

Foto NATO Baş katibinin xüsusi nümayəndəsi Xavier Kolominanın "X" hesabından götürülüb

© APA | Foto NATO Baş katibinin xüsusi nümayəndəsi Xavier Kolominanın "X" hesabından götürülüb

# 18 mart 2024 13:28 (UTC +04:00)

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Yens Stoltenberqin regiona səfəri çərçivəsində müzakirə olunan mövzuları açıqlayıb.

APA xəbər verir ki, bu barədə xüsusi nümayəndə "X" hesabında paylaşımında bildirib.

"Bu dəfə NATO Baş katibi Yens Stoltenberqi Azərbaycan, Gürcüstan və Ermənistana tarixi səfərdə müşayiət edərkən Qafqaza qayıtmaq xoşdur. Görüşdə ikitərəfli əməkdaşlıq, Ukraynaya dəstək, regional təhlükəsizlik, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması müzakirə olunacaq", - o bildirib.

Xatırladaq ki, NATO Baş katibi Yens Stoltenberq Cənubi Qafqaza üç günlük səfəri çərçivəsində martın 17-18-də Bakıda yüksək səviyyəli görüşlər keçirib. Bu gün Yens Stoltenberq Bakıdan Tbilisiyə yola düşəcək, sabah isə o, Ermənistanda səfərdə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR