Bank Of Baku

Nazir: “AŞ-nin Azərbaycan üçün Fəaliyyət Planı 22 prioriteti əhatə edir”

Fikrət Məmmədov

© APA | Fikrət Məmmədov

# 05 aprel 2022 10:43 (UTC +04:00)

“Azərbaycan Avropa Şurası ilə əlaqələrə böyük önəm verir. Üzvlüyümüz dövründə Azərbaycan bir sıra nəaliyyətlər əldə edib”.

APA xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov “Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı”na həsr olunan tədbirdə bildirib. Onun sözlərinə görə, Avropa dəyərlərinə sadiq olan Azərbaycan 2014-cü ildə Nazirlər Komitəsinə sədrlik edib, müxtəlif illərdə AŞ-dakı Azərbaycan nümayəndələru müxtəlif komitələrdə fəal işləyib və bu davam edir.

Nazir deyib ki, yeni Fəaliyyət Planı 22 prioriteti əhatə edir.

Azərbaycanın AŞ-la əməkdaşlığı çərçivəsində reallaşn islahatlara toxunan Fikrət Məmmədov deyib ki, məhkəmə sahəsində işlər förülüb, hakim korpusu 75 faiz yenilənib, gənc kadrlar cəlb olunub, gender bərabərləyi istiqamətində irəliləyiş olub:

“Bakıda və müxtəlif regionlarda 35 məhkəmə üçün yeni binalar istifadəyə verilib, bu binalar elektron avadanlıqlarla təchiz olunub”.

Nazir qeyd edib ki, Azərbaycanda pentensiar sistemdə vərəmlə mübarizədə uğurlar əldə olunub:

"ÜST müxtəlif ölkələrin bizim təcrübəmizi öyrənməsi üçün təlim mərkəzi yaradıb. Onlarla ölkənin nümayəndələri bu mərkəzdə bizim təcrübəmizi öyrənib."

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR