Nazir: Azərbaycan antiterror tədbirləri zamanı nümunəvi davrandı

Nazir: Azərbaycan antiterror tədbirləri zamanı nümunəvi davrandı
# 30 noyabr 2023 22:02 (UTC +04:00)

Qarabağdakı humanitar vəziyyətlə bağlı ifadə edilən narahatlıqlar əsassızdır.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında bildirib.

XİN başçısı qeyd edib ki, BMT də daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların yerində apardığı müşahidələr bu narahatlıqların əsassız olduğunu təsdiqləyib.

“BMT və onun qurumları, Beynəlxalq Qızıl Xaç Komitəsi də daxil olmaqla beynəlxalq orqanlar tərəfindən yerində aparılan müşahidələr tam əksini təsdiqləyib.

Azərbaycan antiterror tədbirləri həyata keçirərkən nümunəvi şəkildə davrandı, heç bir erməni sakin (Qarabağı- red.) tərk etməyə məcbur edilmədi, əksinə Azərbaycan yerli ermənilərə qalmaq və bərabər Azərbaycan vətəndaşları kimi inteqrasiya olmaq üçün davamlı çağırışlar etdi. Bizim hökumətimiz Azərbaycan vətəndaşlığı əsasında gələcək inteqrasiya üçün hərtərəfli plan elan edərək yerli sakinlərin humanitar və sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi istiqamətində növbəti səylər göstərdi ki, bu da Azərbaycanın son dərəcə daxili işidir.

Azərbaycan tərəfindən bu cür yanaşma Ermənistanın öz ərazisindən zorla qovduğu yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarını bərpa etməkdən imtina etməyə davam etməsi ilə tam ziddiyyət təşkil edir”, - Ceyhun Bayramov deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR