Bank Of Baku

Nazir: Azərbaycanın yanaşması odur ki, Ermənistanla ciddi fikir ayrılığı yaratmayan sənəd imzalansın

Nazir: Azərbaycanın yanaşması odur ki, Ermənistanla ciddi fikir ayrılığı yaratmayan sənəd imzalansın
# 28 dekabr 2023 16:25 (UTC +04:00)

“Sülh müqaviləsi ilə bağlı prosesə maneçilik törədən detallar var. Detallara varmadan deyə bilərəm ki, sülh sazişi ilə bağlı ideyanın təşəbbüskarı və aidiyyatı addımları atan Azərbaycan tərəfi olub”.

Nazir Azərbaycanın yanaşmasını ifadə edərək bildirib ki, ciddi fikir ayrılığı yaratmayan, universal və qarşılıqlılıq prinsipinə əsaslanaraq münasibətlərin bazasını formalaşdıran sənəd imzalansın.

“Təbii ki, bu bütün məsələlərin həlli olmayacaq, amma ilk addım kimi bu çox vacibdir.

Mane olan məqamlar barədə danışsaq təbii ki, uzun müddət ortada işğal faktı olub, 44 günlük müharibədən sonrakı proseslə bağlı ümidlərimiz var idi ki, bu proses sürətli olacaq, separatizm dayandırılacaq, qeyri-qanuni erməni qüvvələri oradan çıxarılacaq, sürətli inteqrasiya olacaq, amma biz bunu görmədik”.

Nazir Ermənistanın 44 günlük müharibədən sonra yeni status-kvonu saxlamq istədiyini xatırladıb.

“19 sentyabr anti-terror əməliyyatından sonra yeni reallıqlar var və səmimi inamımız odur ki, Ermənistan tərəfi siyasi iradə göstərərsə, sülh müqaviləsinə gedən yol açıqdır. Növbəti günlərdə bu siyasi iradənin nə dərəcədə olduğunu görəcəyimizə ümid edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR