Bank Of Baku

Nazir Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın şərtini açıqlayıb

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 09 fevral 2022 14:19 (UTC +04:00)

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması barədə danışarkən sərhədlərin delimitasiya və demarkasiyası məsələsi həllini tapmalıdır.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niko Popesku ilə birgə mətbuat konfransında bildirib.

O bir daha vurğulayıb ki, Azərbaycan Ermənistanla sərhədin delimitasiya və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazırdır.

“Mən bugünkü görüşdə bu məsələni moldovalı həmkarımın diqqətinə çatdırdım”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR