“İşğaldan azad olunmuş ərazilərdə bərpa işləri vacib məsələlərdən biridir. Biz bilirik ki, azad olunmuş ərazilərdə genişmiqyaslı layihələr həyata keçiriləcək”.
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, İran bu prosesdə yaxından iştirakına dair marağını ifadə edib: “İran şirkətlərindən çoxsaylı müraciətlər daxil olub. Bu istiqamətdə də addımlar atılacağına inanıram”.