Nazir müavini: "Azərbaycan və Yunanıstan arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün potensial böyükdür" - FOTO

Nazir müavini: "Azərbaycan və Yunanıstan arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün potensial böyükdür"  - FOTO
# 02 aprel 2024 20:10 (UTC +04:00)

Azərbaycan və Yunanıstan arasında tarixi əlaqələr mövcuddur.

APA xəbər verir ki, bunu Yunanıstanın Milli Gününə həsr olunmuş tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Nazir müavini diplomatik əlaqələrin tarixinə toxunub. O bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq var.

"Yunanıstan və Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq ikitərəfli əlaqələrimizin özülünü təşkil edir. Enerji sahəsində Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. İqtisadi əməkdaşlığımızın genişlənməsi üçün potensial böyükdür. Bizim humanitar sahədə də əhəmiyyətli əməkdaşlığımız var. Ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır və əminəm ki, bu münasibətlər xalqlarımızın mənafeyinə xidmət edəcək", - Elnur Məmmədov deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR