Ermənistanla münasibətlərimizin normallaşması çox vacibdir.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Ankarada keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin bərpasının 30-cu ildönümü” adlı konfransda bildirib.
“Burada Ermənistan tərəfinin bölgədə sülhü təşviq edən mövqe tutması və Qarabağda atəşkəs rejiminə riayət etməsi son dərəcə əhəmiyyətlidir. Biz bunu izləməyə davam edəcəyik”, - nazir müavini vurğulayıb.
Yavuz Səlim Kıran dünən Türkiyə və Ermənistan arasında başlayan uçuşların da önəm daşıdığını qeyd edib.