Bank Of Baku

Nazir: Münaqişə keçmişdə qalıb, ATƏT-in artıq bərpa və quruculuq prosesində rolu ola bilər

Ceyhun Bayramov, xarici işlər naziri

© APA | Ceyhun Bayramov, xarici işlər naziri

# 25 aprel 2025 19:02 (UTC +04:00)

Azərbaycan-Ermənistan münaqişəsi keçmişdə qalıb, ATƏT-in artıq bərpa və quruculuq prosesində rolu ola bilər.


APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.


Nazir bildirib ki, təhlükəsizlik olmayan yerdə əməkdaşlığı qurmaq olduqca çətindir: “Bu gün mövcud olan ağır beynəlxalq vəziyyət, davam edən hərbi münaqişələr, inamsızlıq, beynəlxalq səviyyədə parçalanma, bloklanma və bir sıra trendlər nəzərə alınmalıdır. ATƏT böyük coğrafiyanı əhatə edir, bir-birinin xarici siyasət yanaşmalarını bölüşməyən, düşmən mövqedə olan ölkələri eyni çətir altında birləşdirir. Diplomatiyanın işi hansısa dialoq formatının təsis edilməsindən ibarətdir. Heç bir hərbi münaqişə sonsuz deyil. Münaqişəni, açıq qalan məsələləri sona çatdırmaq üçün mövcud platformalar mühümdür. ATƏT-in indiki platformalarına ehtiyac çox olacaq. Məhz keçmiş Azərbaycan-Ermənistan münaqişəsinə gəldikdə, bu münaqişə artıq keçmişdə qalıb. ATƏT-in artıq bərpa və quruculuq prosesində rolu ola bilər. Bu gün bununla bağlı fikir mübadiləsi aparıldı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR