Azərbaycan noyabrın sonunda Ermənistandan aldığı sülh sazişi üzrə şərtlərə dair öz mövqeyini formalaşdırır və yaxın vaxtlarda onları qarşı tərəfə təqdim edəcək.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
“Azərbaycanın ərazi bütövlüyü tam bərpa ediləndən sonra Azərbaycan-Ermənistan normallaşmasında tarixi fürsətin yarandığı barədə aramızda tam fikir birliyi var və bu istiqamətdə biz bu gün müzakirə apardıq”, - nazir deyib.