Bank Of Baku

Nazir: Sülh prosesi ilə bağlı 3-cü tərəflərin müsbət gündəliyi varsa, bunu təqdir edə bilərik

Nazir: Sülh prosesi ilə bağlı 3-cü tərəflərin müsbət gündəliyi varsa, bunu təqdir edə bilərik
# 28 dekabr 2023 16:06 (UTC +04:00)

Azərbaycan və Rusiya arasında münasibətləri tənzimləyən bir sıra sənədlər var. Xüsusilə də dörd sənəd var ki, bu, iki ölkə arasında münasibətləri formalaşdırır.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndinə əsasən, Rusiya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır və dəstəkləyir.

“Rusiya Prezidenti özünü müsahibələrində beynəlxalq hüquqa əsaslanan mövqe ifadə edib və Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deyib.

Rusiyanın vasitəçiliyinə gəldikdə, 44 günlük müharibənin sonunda ortaq bəyanatın hazırlanmasında Rusiyanın böyük rolu olub.

Bizim mövqeyimiz odur ki, sülh prosesi Azərbaycan və Ermənistan arasında olan prosesdir və hər hansı üçüncü tərəf - yer təqdim etməklə və s. öz müsbət töhfəsini verərsə və əgər həmin tərəf neytraldırsa, müsbət gündəliyi varsa, bunu təqdir edə bilərik”, - nazir deyib.

Nazir Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında görüşlərin həmişə üçüncü ölkələrdə olduğunu xatırladıb.

“Ev sahibi ölkələrin mövqelərinin tərəflər üçün uyğun olub -olmaması ilə bağlı elementlər də prosesə təsir edir. Biz bəyan etmişik ki, danışıqlar prosesi üçüncü tərəfin girovuna çevrilməməlidir. Biz təklif etmişik ki, ya neytral ölkə ərazisində görüşlər olsun və ya sərhəddə də görüşlər keçirilə bilər, necə ki, bunu delimitasiya komissiyaları edib. Belə görüşlərin keçirilmə potensialına gəlincə hesab edirəm ki, niyə də yox və ümid edirəm ki, gec-tez biz bunu da görəcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR