Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreisus ilə keçirdiyi görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Peoples Vaccine Allience” qrupundakı rolu, o cümlədən mərkəzin üzvlərinin ÜST-nin COVID-19 peyvənd bərabərsizliyinin əsas səbəbləri, pandemiyaya son qoyma və az gəlirli ölkələrin vaksinlə təmin olunmasının gücləndirməsi yolu haqqında müzakirələr aparılıb.
Mərkəzdən APA-ya verilən məlumata görə, xüsusi olaraq Azərbaycanın ÜST-na COVİD-19 ilə mübarizə üçün göstərdiyi dəstək qeyd olunub.
O cümlədən ÜST-nin Baş direktoru Tedros Adanom Qebreisusun təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin COVİD-19 üzrə işçi qrupun yaradılması razılaşdırılıb.