Bank Of Baku

Numan Kurtulmuş Azərbaycan, Türkiyə və ŞKTC dostluq qrupu nümayəndələrini qəbul edib

Numan Kurtulmuş Azərbaycan, Türkiyə və ŞKTC dostluq qrupu nümayəndələrini qəbul edib
# 26 sentyabr 2025 19:25 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası dostluq qruplarının ikinci üçtərəfli toplantısı çərçivəsində nümayəndə heyətlərini qəbul edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, görüş barədəTBMM Sədri N.Kurtulmuş paylaşım edib.

Görüşdə ölkələr arasında dostluq və əməkdaşlığın gücləndirilməsi, parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub. Kurtulmuş qardaş ölkələr arasında münasibətlərin bütün sahələrdə inkişafının vacibliyini qeyd edib.

Dəryanur Cəfərova

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR