Bank Of Baku

Overçuk: “Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair aktiv işlər aparılır”

Overçuk: “Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair aktiv işlər aparılır”
# 16 dekabr 2021 13:07 (UTC +04:00)

“Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair aktiv işlər aparılır”.

APA-nın məlumatına görə, bunu ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O bildirib ki, Rusiyanın Azərbaycanla müzakirə ediləcəyi geniş spektrli mövzular var: “İkitərəfli münasibətlər çərçivəsində aktiv işlər aparılır. Bu istiqamətdə fəaliyyətlərimiz davam edir. Bizim ortaq maraqlarımız çoxdur”.

Rusiya Baş nazirinin müavini qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı ölkələrini birgə tarix, yaxın əlaqələr, iqtisadi əlaqələrin inkişaf perspektivləri bir-birinə bağlayır: “Biz görürük ki, ABŞ-da, Cənub-Şərqi Asiyada proseslər necə gedir. Hazırda regional əlaqələrin möhkəmləndirilməsi üçün əlimizdən gələni etməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR