Parisdə Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasını birgə təşkilatçılığı ilə münaqişədən sonrakı mərhələyə həsr edilmiş “Qarabağda sülh: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda debat keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın Qələbəsi ilə başa çatmış Vətən müharibəsindən sonra regionda sülh, təhlükəsizlik və əməkdaşlıq perspektivləri, Fransanın bu istiqamətdə görə biləcəyi işlərə dair fikir mübadiləsi və müzakirələr aparılıb.
Tədbirdə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, deputat Eldar Quliyev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber, eləcə də Fransa Milli Assosiasiyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvləri, digər deputat və senatorlar, KİV rəhbərləri, Fransa Milli Assambleyası administrasiyasının üzvü, mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirin moderatoru, “Conflits” və “Causeur” jurnallarının nəşr direktoru Jil Mihaeli mövzu ilə bağlı məlumat verib.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, deputat Jerom Lamber Qarabağ müharibəsinə, Fransa-Azərbaycan münasibətlərinə toxunub. Bildirib ki, Azərbaycanın yaratdığı sülhün davamlı olmasına beynəlxalq ictimaiyyət də töhfə verməlidir. O, bu gün azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıda bilmədiyini, onların erməni minaları ilə üzləşdiklərini xatırladıb: “Biz Azərbaycanın dostlarıyıq, dostu olaraq qalacağıq. Çalışacağıq ki, fransız şirkətləri də azad olunmuş torpaqlarda quruculuq işlərinə töhfə versinlər”.
J. Lamber azərbaycanlı deputatlara ölkəmizin sadiq dostları olduqlarını bildirib, bir il sonra müharibənin başa çatması və yeni mərhələnin başlanması ilə bağlı müzakirələrin təşkilinin əhəmiyyətinə toxunub.
Səfir Rəhman Mustafayev çıxışında münaqişənin həll edildiyini, münaqişədən sonrakı dövrdə bəzi çətinliklərin olduğunu deyərək, məcburi köçkünlərimizin erməni minalarına görə hələ də doğma evlərinə qayıda bilmədiklərini vurğulayıb və münaqişədən sonrakı dövrdə qarşıda duran prioritetlərdən danışıb.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ötən il erməni hərbi təxribatlarına cavab olaraq Ordumuzun əks-hücum əməliyyatına başlamalı olduğunu deyib. Bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz sayəsində ərazi bütövlüyümüz bərpa olunub. Ordumuzun Qələbəsi tarixi ədaləti bərpa edib. Ermənistanın işğal etdiyi ərazilərimizi 30 il ərzində yerlə-yeksan etməsindən, bütün infrastrukturu, evləri dağıtmasından, azad edilmiş ərazilərimizdə dövlətimiz tərəfindən aparılan quruculuq işlərindən danışıb. Bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əksini tapıb. Ermənilərin heç bir həyat əlaməti qoymadıqları torpaqlarımızda yenidənqurma işlərinin başladığını nəzərə çatdıran S. Məmmədov Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, “Araz vadisi iqtisadi zona” Sənaye Parkı, Zəngəzur dəhlizinin təməlinin qoyulması haqqında məlumat verib. Vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ekspertlər qrupu işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən dağıdılan tarixi, dini və mədəniyyət abidələrinin bərpası ilə bağlı işlərə başlayıb. O, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada aparılan bərpa işlərindən danışıb. Deputat regionda sülhün, sabitliyin bərqərar olmasında Fransanın roluna toxunub. O, ermənilərin törətdiyi dağıntıları öz gözləri ilə görmələri üçün fransız deputatları ölkəmizə dəvət edib.
Ağdama, Füzuliyə, eləcə də bir neçə gün əvvəl Şuşaya səfər etmiş fransız deputatlar azad olunmuş ərazilərimizdə işğal illərində ermənilər tərəfindən törədilmiş vəhşiliklərlə bağlı gördüklərini, təəssüratlarını bölüşüblər.
Bildirilib ki, Ermənistan hökuməti, eləcə də digər aidiyyəti ölkələr, xüsusilə də ATƏT-in Minsk qrupuna üzv dövlətlər regionda yaranmış reallığı qəbul etməli və öz fəaliyyətlərini bu reallığa uyğunlaşdırmalıdırlar.
Milli Məclisin deputatı Eldar Quliyev çıxışında Azərbaycan-Fransa münasibətlərindən danışıb, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin hər iki ölkənin maraqlarına cavab verdiyini vurğulayıb. Deputat Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin Sen Klu şəhər qəbiristanlığında yerləşən məzarlarını ziyarət etdikləri barədə məlumat verərək, Azərbaycan xalqının Şərqdə ilk parlamentli respublika qurduğunu qeyd edib.
Qeyd edək ki, Fransaya səfər çərçivəsində Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun vitse-prezidenti Jerom Lamber və Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Alen Uperlə də görüşüb. Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin də iştirak etdiyi görüşdə Milli Məclislə Fransa Milli Assambleyası və Senatı arasında əməkdaşlığın mümkün inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Gələcəkdə hər iki ölkənin parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili haqqında fikir mübadiləsi olub. Soltan Məmmədov Milli Assambleya və Senat üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkil olunmasının bölgədə vəziyyət haqqında tam aydın təsəvvür əldə etmək baxımından vacib olduğunu qeyd edib. Görüş zamanı Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun fəaliyyəti ilə bağlı ideya və təkliflər səsləndirilib.
Parisdə “Qarabağda sülh: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda debat keçirilib
© APA | Soltan Məmmədov, Parisdə “Qarabağda sülh: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda debat
Xarici siyasət
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Abbas Abbasov BMT-nin Cenevrə ofisində çıxış edib: Afrikada müstəmləkəçiliyin fəsadlarına son qoyulmalıdır
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
Dmitriy Mariyasin: BMT TRIPP üzrə konkret həllərin hazırlanmasına dəstək göstərə bilər - MÜSAHİBƏ
Xəbər Lenti
İranın Sirik bölgəsində partlayış səsləri eşidilib
Husilər Səudiyyə Ərəbistanının üç şəhərinə raket və PUA-larla hücum edib
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
ABŞ ucuz PUA və ballistik raket əleyhinə sistemləri sınaqdan keçirəcək
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
KİV: İspaniya kəşfiyyatı Seutaya qanunsuz miqrant axını riski barədə əvvəlcədən xəbərdarlıq edib
ABŞ Energetika Nazirliyi “Brent” neftinin 2026-cı il üzrə qiymət proqnozunu 91 dollara qaldırıb
Ağ Ev Uitkoff və Kuşnerin danışıqlardakı rolunun azaldıla biləcəyi barədə məlumatı təkzib edib
ABŞ Prezidenti İranla müharibənin noyabr seçkilərindən sonra başa çatacağını düşünür
Tramp Putinlə yeni ikitərəfli görüşün keçirilə biləcəyini istisna etməyib
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən PUA ilə vurulma təhlükəsi ilə üzləşib
İranın Cask limanı yaxınlığında partlayış baş verib
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
Aİ Seutadakı miqrasiya böhranı ilə mübarizə üçün İspaniyaya 115 milyon avro ayıracaq
Apple “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərini təqdim edib
Almaniya Bremerhafen limanının modernləşdirilməsinə 1,5 milyard avro ayıracaq
Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
FT: Ağ Ev Uitkoff və Kuşnerin Ukrayna üzrə danışıqlardakı rolunu azalda bilər
ABŞ Yaxın Şərqdə neft hasilatının 2027-ci ilədək artacağını gözləyir
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
“Baku Steel Company” QSC açıq tender elan edir
Azərbaycana idxal edilən alkoqollu içkilər üçün gömrük rüsumu dəyişib - YENİLƏNİB
Ermənistanda Meğri meri də daxil olmaqla 8 nəfər rüşvət ittihamı ilə saxlanılıb
DİN-in yeni vəzifəsi müəyyənləşib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı ittiham aktı elan edilib
Abbas Abbasov BMT-nin Cenevrə ofisində çıxış edib: Afrikada müstəmləkəçiliyin fəsadlarına son qoyulmalıdır
Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
“Atəşgah” tibbi sığorta imkanlarını genişləndirib
Bakıda qətl törədən şəxsə hökm oxunub
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub
Dmitriy Mariyasin: BMT TRIPP üzrə konkret həllərin hazırlanmasına dəstək göstərə bilər - MÜSAHİBƏ
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır - VİDEO
FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
İrandan Türkiyəyə aparılan bitum yükündə 45 kq "patı" aşkarlanıb - FOTO
Xalq artisti Aleksandr Şarovski dəfn edilib - YENİLƏNİB-1 - FOTO