Bank Of Baku

Paşinyan Azərbaycanla dəmir yolu xəttinin tikintisinə dair razılaşmanın əhəmiyyətini vurğulayıb - VİDEO

Nikol Paşinyan

© APA | Nikol Paşinyan

# 16 dekabr 2021 11:51 (UTC +04:00)

Dəmir yolu xəttinin tikintisinə dair Azərbaycanla əldə olunan razılaşmaların reallaşması ilə regionda siyasi, iqtisadi mühit, eləcə də təhlükəsizlik mühiti dəyişəcək.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Baş nazir razılaşmanın əhəmiyyətinə toxunub.

“Bu, mühüm sazişdir və ümid edirəm ki, biz onu dəqiqliklə icra edəcəyik. Bu, regionda iqtisadi, siyasi mühiti, eləcə də təhlükəsizlik mühitini dəyişəcək mühüm layihədir”, - N. Paşinyan qeyd edib.

Nikol Paşinyanın sözlərinə görə, tərəflər ümumi yanaşmanı formalaşdırmağa, eyni zamanda, fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR