Bank Of Baku

Peskov: Ermənistan Azərbaycanın rəyini nəzərə almadan Aİ-nin müşahidə missiyasını dəvət edir

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 20 mart 2024 14:15 (UTC +04:00)

"Ermənistan Azərbaycanın rəyini nəzərə almadan birtərəfli qaydada Avropa İttifaqının müşahidə missiyasını dəvət edir. Bu, onun effektivliyinə şübhə yarada bilər".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

"Məsələ müşahidənin predmetinin nədən ibarət olması və bu missiyanın Azərbaycan tərəfindən tanınıb-tanınmamasıdır. Mən şübhə edirəm ki, orada belə bir mandat anlayışla qarşılanacaq. Bu, İrəvanın birtərəfli qərarıdır. Belə bir missiyanın potensial effektivliyini şübhə altına almağa dəyər”, deyə Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR