Polşa səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib

Polşa səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib
# 01 dekabr 2021 14:00 (UTC +04:00)

Polşa səfirliyi helikopter qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə səfirlik "Twitter" hesabında paylaşım edib.
"Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzu edirik", - qeyd olunub.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR