Bank Of Baku

Prezidentin köməkçisi: “Ermənistanın ədalətdən danışmağa haqqı yoxdur”

Hikmət Hacıyev

© APA | Hikmət Hacıyev

# 11 dekabr 2021 13:48 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərin bərpası qarşımızda duran əsas hədəflərdən biridir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya - "Stratcom 21" Sammitinin açılış mərasimində çıxışı zamanı bildirib.

“Qarabağın işğaldan azad edilməsi bizi yeni reallıqla üz-üzə qoyub”, - Prezidentin köməkçisi vurğulayıb.

Onun sözlərinə görə, XXI əsrdə şəhərlərin, kəndlərin bu dərəcədə məhv edilməsi dünya tarixində olmayıb. H. Hacıyev əlavə edib ki, sanki Ermənistan işğaldan azad edilmiş ərazilərdə nüvə silahından istifadə edib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın törətdiyi vandalizm, vəhşilik fonunda Azərbaycan və Türkiyəyə qarşı iddialar irəli sürməsi qəbuledilməzdir: “Bu qədər vəhşilik törədən Ermənistanın ədalətdən danışmağa mənəvi haqqı yoxdur".

H. Hacıyev onu da vurğulayıb ki, azad edilmiş ərazilərdə Ermənistan tərəfindən urbisid törədilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR