Bank Of Baku

Qana Prezidenti: “Zorakılığın baş verməsinə imkan verməməliyik”

Qana Prezidenti: “Zorakılığın baş verməsinə imkan verməməliyik”
# 25 oktyabr 2019 17:24 (UTC +04:00)

“Biz həm öz ölkəmizdə, həm də digər ölkələrdə zorakılığın baş verməsinə imkan verməməliyik”.

APA-nın xəbərinə görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşünün debat müzakirələrində Qana Prezidenti Nana Akufo-Addo deyib.

Prezident qeyd edib ki, təhsilin hamı üçün əlçatan olması mühüm əhəmiyyətə malikdir: “İqtisadiyyatların, xüsusilə də sənaye inkişafının əhəmiyyətini xüsusi qeyd etməliyik. Bu bizdən aydın siyasi proqramların və strateji yol xəritələrinin hazırlanmasını tələb edir”.

Qana dövlət başçısı qeyd edib ki, Qoşulmama Hərəkatına üzv dövlətlər insan hüquq və azadlıqlarının müdafiəsi və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması sahəsində fəallığı daha da artırmalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR