Bank Of Baku

Qazaxıstan Prezidenti TDT-nin Kibertəhlükəsizlik Şurasının təsis edilməsini təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

© APA | Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

# 07 oktyabr 2025 13:48 (UTC +04:00)

Azərbaycan və Ermənistan arasında sülhlə bağlı birgə bəyanatın imzalanmasını təqdir edirəm.

APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Qazaxıstan Prezidenti bildirib ki, bu mühüm addım 30 illik münaqişənin həllində həlledici rol oynayacaq.

“Qazaxıstan TDT+ formatını təklif edir. Bununla biz təşkilatımızın nüfuzunu artırmış olarıq. Eyni zamanda, Kibertəhlükəsizlik Şurasının təsis edilməsini də təklif edirəm”, - Tokayev vurğulayıb.

Bu il TDT maliyyə nazirlərinin iclasının keçiriləcəyini qeyd edən Qazaxıstan Prezidenti deyib ki, Türk ticarət palatası mühüm əhəmiyyətə malikdir:

“Türk İnvestisiya Fondunun da fəaliyyətinin də imkanlarından geniş istifadə etməliyik”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR