Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb.
APA xəbər verir ki, bu barədə bu gün Qazaxıstan səfiri Serjan Abdıkarimov keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, 20 noyabrda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq, Qazaxıstanın Azərbaycandakı səfirliyində 262 saylı seçki məntəqəsi yaradılıb.
Səfirin sözlərinə görə, Azərbaycanda yaradılmış məntəqədə ölkəmizdə daimi və ya müvəqqəti yaşayan, səsvermə hüququna malik şəxslər səs verə biləcəklər.
Diplomat əlavə edib ki, seçki məntəqəsi lazımi avadanlıqlarla təchiz edilib.
Qeyd olunub ki, seçkilərlə bağlı səsvermə noyabrın 20-də, bazar günü, saat 07-dən 20-dək keçiriləcək.
20 noyabr seçkiləri Qazaxıstan müstəqillik əldə etdikdən sonra sayca 7-ci prezident seçkiləri olacaq. Müxtəlif siyasi baxışlara malik 6 namizəd prezident kürsüsü uğrunda mübarizə aparır, onlardan 2-si qadındır. Bu da onu göstərir ki, Qazaxıstan uzun illərdir ölkədə gender bərabərliyi üzərində işləyir.
Səfir qeyd edib ki, Azərbaycandan da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərinə müşahidəçi missiyası göndəriləcək:”Prezident seçkilərində 641 müşahidəçinin iştirak edəcəyi gözlənilir. Bu müşahidəçilərdən 109 nəfəri 35 xarici ölkədəndir və onlardan 8-i Azərbaycandandır”.
“Qazaxıstanda 2023-cü ildə parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Qazaxıstan üçün qarşıdan gələn dövr çox vacibdir, və biz ümid edirik ki, həm prezident, həm də parlament seçkilərində yüksək fəallıq olacaq”- deyə diplomat əlavə edib.
Səfir həmçinin Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayevin ölkədə həyata keçirilməsi nəzərdə tutulan siyasi islahatlarla bağlı 4 paket irəli sürdüyünü qeyd edib : "Bu paketlərə siyasi partiyaların qeydiyyatı üçün qeydiyyat həddinin 20 min nəfərdən 5 min nəfərə qədər azaldılması, partiyaların təqdim etdiyi seçki siyahılarında qadınlar və gənclər üçün 30 faizlik kvotanın tətbiqi, Konstitusiya Məhkəməsinin bərpası, regionlarda akimlərin (icra başçılarının) seçilməsi üçün alternativ seçkilərin keçirilməsi və bir çox digər məsələlər daxildir.
Xatırladaq ki, noyabrın 20-si Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə mübarizə aparmaq üçün 6 namizəd (Jiquli Dayrabayev, Kasım-Jomart Tokayev, Nurlan Auesbayev, Meyram Kajıken, Karakat Abden və Saltanat Tursınbekova) qeydiyyata alınıb.
Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb
Xarici siyasət
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verib
Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib - FOTO
Dövlət Komitəsində UN-Habitat-ın nümayəndələri ilə görüş keçirilib
“Azərbaycan və İraq türkmanları arasında ictimai əlaqələr" mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO
Xəbər Lenti
Dünya fond bazarlarında ağır həftə – ABŞ indeksləri 6%-dən çox ucuzlaşıb
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib - FOTO
Əmtəə bazarlarında qızıl 4%, gümüş isə 7% ucuzlaşıb
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Dünya bazarlarında neft bahalaşır
Rusiya Xarkovda tibb müəssisəsinə zərbə endirib, xəsarət alanlar var
Aİ-nin Ukraynadakı səfiri Kiyevdə dron hücumundan son anda xilas olub
Zelenski: Torpaqlarımızı Rusiyaya vermək istəsəydik, bunu 2022-ci ildə edərdik
Pentaqonun sursat istehsalını artırmaq üçün uzunmüddətli planı yoxdur
Stubb: Tramp Avropa liderlərini Putinlə birbaşa danışmağa çağırıb
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib, binalarda yanğın baş verib
Britaniya Rusiya ilə təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır
Merts Rusiya ilə danışıqların BƏƏ-də keçirilməsini təklif edib
Moldova NATO ilə məxfi məlumatların mühafizəsinə dair saziş imzalayıb
Tramp Kim Çen Inla görüşəcəyini açıqlayıb
Qızılın qiyməti kəskin ucuzlaşıb
Zelenski: Ukraynanın 2027-ci ildə 115 milyard dollara ehtiyacı var
Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri üçün Konqresə müraciət etməyə hazırdır
İsrail Livanda “Hizbullah”ın raket istehsalı obyektinə zərbə endirdiyini açıqlayıb
Boçorişvili: 14 ölkə Gürcüstanın ATƏT-ə sədrliyinə qarşı çıxır
Kuşner: Rusiya-NATO Şurası Avropada yeni təhlükəsizlik sisteminin qurulmasında mühüm rol oynaya bilər
İran ABŞ-ın Avropadakı hərbi bazalarını vurmaq imkanına malik olduğunu bəyan edib
Maka Boçorişvili Aİ-ni Gürcüstana qarşı təhdidlərdə ittiham edib
Göyçayda ağır qəza nəticəsində 35 yaşlı kişi ölüb, bir nəfər yaralanıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
Tbilisidə binada partlayış baş verib, dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb - VİDEO - YENİLƏNİB-5
Ağdamın işğaldan azad edilməsindən 6 il ötür
Qarakənd faciəsindən 35 il ötür
Merz: Avropa Rusiya ilə təhlükəsizlik məsələlərini müzakirə etməli olacaq
Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoyub - FOTO
Tramp İranla bağlı qərar verməyə tələsmədiyini açıqlayıb
Husilər Səudiyyə Ərəbistanında dörd obyektə zərbə endirdiklərini açıqlayıb
Simonyan: Azərbaycanla sülh müqaviləsi Ermənistan Konstitusiyası dəyişdirildikdən bir neçə gün sonra imzalana bilər
Bloomberg: Avropa ölkələri Rusiya ilə danışıqlar aparmaq imkanını müzakirə edir
Merz Rusiyaya qarşı sanksiyaların ləğvini istisna etməyib
Politico: Tramp Ukraynaya milyardlarla dollarlıq əlavə hərbi yardıma etiraz edib
Kuşner: Tramp Putin və Si Cinpinə Ukraynada sülhə nail olmaq istədiyini bildirib
Tramp Çinə səfərinin nəticələrini yüksək qiymətləndirib
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verib
“RX Sərdaroğulları Holdinq”in direktoru 445 min manatlıq mənimsəməyə görə Türkiyədən Azərbaycana ekstradisiya edilib
Ağ Ev Trampın sammit zamanı yuxuya getməsi barədə məlumatları təkzib edib
Putin Trampın G20 sammitinə dəvətinə münasibət bildirib
Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Vəkil Orxan Kəngərli həbs olunub - YENİLƏNİB
Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib - FOTO
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-nun kollektivinə təqdim edib - FOTO
Netanyahu: İrana qarşı hərbi əməliyyat qaçılmazdır
“Bloomberg”: Fransa, Almaniya və Böyük Britaniya Rusiya ilə görüş keçirməyi müzakirə edir