Gəncədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə konfrans keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, 100-ə yaxın QHT nümayəndəsinin iştirak etdiyi konfrans Heydər Əliyev Mərkəzində baş tutub.
Konfransda Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərlə bağlı dünyada fəaliyyət göstərən beynəlxalq təşkilatlara, hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət qəbul olunub. Müraciətdə deyilir:
“2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün ərzində Azərbaycan Respublikasının işğalda olan torpaqlarını azad etmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri darmadağın edilmişdir. Ermənistan hakimiyyəti döyüş meydanındakı rüsvay məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçmiş, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri o cümlədən qadın və uşaqları vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar. Belə ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalmışdır. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdə rayonunda törədilmiş terror nəticəsində 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir. Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymişdir. Bu sadalanan səbəblərdən, biz, Azərbaycan QHT-ləri, dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildiririk. Biz bu müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq”.
QHT-lər Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib - VİDEO
© APA | Gəncədə QHT-lərin konfransı
Xarici siyasət
Ceyhun Bayramov: Azərbaycanın beynəlxalq yardım siyasəti bundan sonra da milli prioritetlərə əsaslanacaq
Azərbaycan son 15 il ərzində 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Abbas Abbasov BMT-nin Cenevrə ofisində çıxış edib: Afrikada müstəmləkəçiliyin fəsadlarına son qoyulmalıdır
Xəbər Lenti
Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır
Xəzərdə zəlzələ olub
Naxçıvanda daha bir qrup şəxsə işlə təmin olunmaları üçün göndərişlər verilib
Nazir: Azərbaycan təhsili beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi hesab edir
Ceyhun Bayramov: Azərbaycanın beynəlxalq yardım siyasəti bundan sonra da milli prioritetlərə əsaslanacaq
Azərbaycan son 15 il ərzində 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib
Bakıda Dördüncü İqlim Həftəsi çərçivəsində növbəti panel keçirilib
Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb
Nobel mükafatlarının builki qaliblərinin elan olunacağı tarixlər açıqlanıb
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
Xocalı rayonunda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb
Qaxda maşın ağaca çırpılıb, bir nəfər xəsarət alıb - VİDEO
FSB Ukraynanın Britaniyanın Moskvadakı səfirinə qarşı terror aktı planlaşdırdığını iddia edib
Şəkidə istirahət mərkəzində 2 nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bərdədə maşın piyadanı vuraraq öldürüb
Mahaçqalaya Ukrayna PUA-larının hücumundan sonra liman ərazisində yanğın olub
Dünya bazarlarında qızıl fyuçerslərinin qiyməti cüzi azalır
Azərbaycan neftinin qiyməti 113 dolları ötüb
Bu günün valyuta məzənnələri
“Brent” markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
Tramp: Venesuela nefti ABŞ-a 500 il kifayət edəcək
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin” 78 min dollara doğru ucuzlaşmaqda davam edib
Qlobal fond bazarlarında eniş müşahidə olunub
CBS: İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib
Tramp: ABŞ neft hasilatında OPEC-dən daha güclü mövqeyə sahibdir
ABŞ İranı yeni nüvə obyektində fəaliyyətə görə güclü zərbə ilə hədələyib
Tramp respublikaçıların qələbəsi halında amerikalılara 5 min dollar ödəyəcəyini vəd edib
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
WSJ: ABŞ administrasiyası İranla müharibənin 2029-cu ilədək uzana biləcəyini istisna etmir
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374-ə çatıb
ABŞ Karib dənizində narkotik qaçaqmalçılığında istifadə edildiyi iddia olunan qayığa zərbə endirib
Apple-ın səhmləri yeni məhsulların təqdimatı fonunda ucuzlaşıb
İranın Sirik bölgəsində partlayış səsləri eşidilib
Husilər Səudiyyə Ərəbistanının üç şəhərinə raket və PUA-larla hücum edib
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
ABŞ ucuz PUA və ballistik raket əleyhinə sistemləri sınaqdan keçirəcək
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
KİV: İspaniya kəşfiyyatı Seutaya qanunsuz miqrant axını riski barədə əvvəlcədən xəbərdarlıq edib
ABŞ Energetika Nazirliyi “Brent” neftinin 2026-cı il üzrə qiymət proqnozunu 91 dollara qaldırıb
Ağ Ev Uitkoff və Kuşnerin danışıqlardakı rolunun azaldıla biləcəyi barədə məlumatı təkzib edib
ABŞ Prezidenti İranla müharibənin noyabr seçkilərindən sonra başa çatacağını düşünür
Tramp Putinlə yeni ikitərəfli görüşün keçirilə biləcəyini istisna etməyib
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib