“Biz belə paradı 2018-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Bakının azad olunmasında iştirak etmiş Qafqaz İslam Ordusunun şərəfinə keçirmişdik. 2020-ci ildə də Dağlıq Qarabağın azad olunmasına verdiyi dəstəklə əlaqədar Zəfər paradında qardaş Türkiyənin Prezidenti İştirak edirdi”.
Bunu APA-ya açıqlamasında Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə yürüşdə iştirak edən Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib.
Q. Həsənquliyev deyib ki, bu onu göstərir ki, Azərbaycan və Türkiyə ayrı-ayrı dövlətlər olsa da, biz bir millətik: “Bütün məsələlərdə Azərbaycan və Türkiyə eyni mövqedən çıxış etməlidir, çünki biz haqlıyıq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında demişdi ki, Azərbaycanı ona görə müdafiə etmirik ki, bizim qardaşımızdır. Ona görə müdafiə edirik ki, Azərbaycan haqlıdır. Biz bütün beynəlxalq məsələlərdə haqlının yanındayıq, ədalətli olmağa çalışırıq. Pandemiya dövründə gördük ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri bütün imkanlarını, Qoşulmama Hərəkatına üzv olan ölkələri səfərbər etməyə çalışdı. Azərbaycanın təşəbbüsü ilə vaksinlərin kasıb ölkələrə də paylanması, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə kömək etməsi üçün BMT Baş Assambleyasının xüsusi sessiyası da keçirildi. Yəni biz hər zaman ədalətin, haqqın yanında olmağa çalışmışıq. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü, beynəlxalq hüququ müdafiə edib”.
BAXCP sədri qeyd edib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı hər hansı ölkəyə qarşı yönəlməyib: “Əslində bu, bölgə, inkişaf və əməkdaşlıq üçün gözəl bir nümunədir. Azərbaycan-Türkiyə qardaşlığı digər türk dövlətlərinin də bir araya gəlməsinə töhfə verir. Tezliklə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Türk Dövlətlər Birliyinə çevrilməsinin şahidi olacağıq, Türkmənistan da ora qoşulacaq, 6 türk dövləti bir yerdə olacaq. Bu, regional, beynəlxalq təhlükəsizliyə ciddi töhfə verəcək. Bu, əməkdaşlıq, xalqların rifahı üçün imkanlar yaradacaq. Bu, həm də digər ölkələr, xalqlar üçün gözəl əməkdaşlıq nümunəsidir. Ona görə də Azərbaycan-Türkiyə dostluğu həm Türk Dünyası, həm region, həm də dünya üçün lazımdır. Mən hesab edirəm ki, biz bu gün də bunu nümayiş etdiririk. Böyük ehtiram hissi ilə həyatlarını Azərbaycanın azadlığı qurban vermiş qardaşlarımızı anırıq. O qardaşlarımıza bir vəfa borcumuzdur ki, bura gələk. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası hər il aprelin 24-də qəhrəman, xilaskar Türk əsgərinin Anım günü kimi bu xiyabanı ziyarət edir, öz vəfa borcumuzu yerinə yetiririk. Allah Bakının azadlığı uğrunda həyatından keçmiş bütün qəhrəmanlara rəhmət etsin. Biz onların qarşısında baş əyirik”.
Qüdrət Həsənquliyev: “Azərbaycan-Türkiyə dostluğu dünya üçün lazımdır”
© APA | Qüdrət Həsənquliyev, Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri
Xarici siyasət
Qara dənizdə xarici yük gəmisi dron hücumuna məruz qalıb: İki Azərbaycan vətəndaşı həlak olub, daha 2-si yaralanıb
Bakıda AIDA-nın 15 illiyi münasibətilə panel müzakirəsi keçirilib - FOTO
Cənubi Koreya azad edilmiş ərazilərdə kəhrizlərin bərpası ilə bağlı yeni layihəyə başlayacaq
Ceyhun Bayramov: Azərbaycanın beynəlxalq yardım siyasəti bundan sonra da milli prioritetlərə əsaslanacaq
Xəbər Lenti
Dövlət Xidmətinin rəisi: Azad edilmiş ərazilərdə 434 abidəyə dəymiş ziyan 700 milyon manatdan çoxdur
ARDNF aparıcı suveren investorlarla Çin-ASEAN Birgə İnvestisiya Şurasını təsis edib
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsib
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib
Prezident Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişini təsdiq edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək
COP31-in iştirakçıları üçün xüsusi viza rejimi tətbiq ediləcək
COP31-in keçiriləcəyi məkanla bağlı detallar açıqlanıb
Qara dənizdə xarici yük gəmisi dron hücumuna məruz qalıb: İki Azərbaycan vətəndaşı həlak olub, daha 2-si yaralanıb
Avropa Parlamenti Ermənistan üçün gömrük güzəştlərinin müəyyən edilməsinə səs verəcək
Xəzər və Qara dəniz limanları əməkdaşlığı genişləndirir
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb - FOTO - YENİLƏNİB
Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlıq müzakirə olunub
Bakıda AIDA-nın 15 illiyi münasibətilə panel müzakirəsi keçirilib - FOTO
“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edilib
İrandan Azərbaycana 84 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
Cənubi Koreya azad edilmiş ərazilərdə kəhrizlərin bərpası ilə bağlı yeni layihəyə başlayacaq
Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu dələduzluqda ittiham olunur, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib - YENİLƏNİB
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinə təbrik ünvanlayıb
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlanıb
Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
XİN-in İdarə rəisi: Şəhərlərin iqlimlə bağlı narahatlıqları nəzərə alınmalıdır
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - VİDEO
Anar Quliyev: Yenidənqurma prosesi uzunmüddətli ərazi transformasiyasına çevrilə bilər
Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib
Xocalı rayonunda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
Məqsədli büdcə fondları ləğv ediləcək
Rusiya hakimiyyəti 200 minə yaxın əcnəbinin ölkəyə girişini məhdudlaşdırıb
Zelenski Ukrayna ordusunun Mahaçqalada limana zərbə endirdiyini bildirib
AzInTelecom media nümayəndələri üçün təlim keçirib
“Unibank”ın İdarə Heyətində dəyişiklik olub
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib
Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərilib - FOTO
Gəncədə 16 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır
Xəzərdə zəlzələ olub
Naxçıvanda daha bir qrup şəxsə işlə təmin olunmaları üçün göndərişlər verilib
Nazir: Azərbaycan təhsili beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi hesab edir
Ceyhun Bayramov: Azərbaycanın beynəlxalq yardım siyasəti bundan sonra da milli prioritetlərə əsaslanacaq
Azərbaycan son 15 il ərzində 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib
Bakıda Dördüncü İqlim Həftəsi çərçivəsində növbəti panel keçirilib
Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb