Rəşad Nəbiyev sabah Gürcüstana səfər edəcək

Rəşad Nəbiyev

© APA | Rəşad Nəbiyev

# 05 iyul 2022 15:03 (UTC +04:00)

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sabah Gürcüstana səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bir günlük səfər çərçivəsində Rəşad Nəbiyev əvvəlcə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşəcək.

Səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Rəşad Nəbiyevi qəbul edəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR