Bank Of Baku

Rəsmi Bakı Parisə nota verib, Fransa səfirliyinin iki əməkdaşı “persona-non-grata” elan edilib

Rəsmi Bakı Parisə nota verib, Fransa səfirliyinin iki əməkdaşı “persona-non-grata” elan edilib
# 26 dekabr 2023 14:37 (UTC +04:00)

Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən bildirilib.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR