Rusiya parlamentinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Rusiya parlamentinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib
# 08 dekabr 2023 17:54 (UTC +04:00)

Rusiya parlamentinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, dekabrın 8-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Fedarasiya Şurası sədrinin birinci müavi Andrey Yatskinin başçılıq etdiyi nümyəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatları Rusiya ilə əlaqələr üzrə işçi qrupunun üzvləri Mixail Zabelin, Ağalar Vəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR