Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək

Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
# 19 aprel 2024 16:18 (UTC +04:00)

Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvada danışıqlar aparacaqlar.

Danışqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərini nəzərdən keçirmək, habelə aktual regional məsələlər barədə ətraflı fikir mübadiləsi aparmaq planlaşdırılır.

Kremlin məlumatında o da bildirilib ki, dövlət başçıları Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur magistralının (BAM) veteranları ilə görüşəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR