Bank Of Baku

Rusiya və Fransa liderləri arasında telefon danışığı olub

Rusiya və Fransa liderləri arasında telefon danışığı olub
# 04 fevral 2022 00:43 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyət və Rusiyanın təhlükəsizliyi üçün uzunmüddətli hüquqi zəmanətlərin işlənib hazırlanması təşəbbüsü ilə bağlı məsələlər davam etdirilib.

Liderlər bir sıra beynəlxalq tərəfdaşlarla son təmaslar haqqında müzakirə aparıb.

Vladimir Putin yenidən Kiyev rəhbərliyinin Minsk razılaşmalarına zidd olan təxribat xarakterli bəyanatlarına və hərəkətlərinə diqqət çəkib. Gələcək şəxsi təmaslar barədə razılıq əldə olunub.

Qeyd edək ki, Rusiya və Fransa Prezidentləri bundan öncə yanvarın 28-i və 31-də telefonla danışıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR