Azərbaycan-Ermənistan sərhədindəki baş verən gərginliyə baxmayaraq, iki ölkə arasında sülh sazişi ilə bağlı iş dayanmayıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Bu, başlıca prioritetdir. Rusiya tərəfi lazımi köməkliyi göstərir. Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda, 13-14-də İrəvanda səfərdə olub. Hər iki səfərdə əsas mövzu sülh sazişinin müzakirəsi olub. Biz tərəflərin mövqelərini yaxınlaşdırmağa səy göstəririk. Sizi əmin edirəm ki, bu səylər davam edəcək”, - XİN sözçüsü vurğulayıb.